İncəçay su anbarında 3 nəfər batdıbackend

İncəçay su anbarında 3 nəfər batdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Gülməmmədli kəndində 3 nəfərin ehtiyatsızlıqdan İncəçay su anbarına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumat daxil olan kimi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində saat təqribən 21:40 radələrində axtarışda olanlardan biri – Həsən Rizvan oğlu Yaqubovun (16 yaş) meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hüseyn Rizvan oğlu Yaqubovun (17 yaş) və Həmzə Nizami oğlu Yaqubovun (6 yaş) axtarışları davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən İncəçay su anbarında aparılan axtarış işləri başa çatıb.

Nazirlikdən verilən xəbərə görə, axtarışda olan Həmzə Nizami oğlu Yaqubov və Hüseyn Rizvan oğlu Yaqubovun meyitləri bir neçə dəqiqə əvvəl FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.