İndoneziyada “Susi Air” təyyarəsinin pilotu və sərnişinləri girov götürülübbackend

İndoneziyada “Susi Air” təyyarəsinin pilotu və sərnişinləri girov götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın Qərbi Papua əyalətində İndoneziyanın “Susi Air” aviaşirkətinə məxsus təyyarənin yeni zelandiyalı pilotu və onun 5 sərnişini silahlılar tərəfindən girov götürülüb.

Bu barədə Yeni Zelandiyanın Baş naziri Kris Hipkins məlumat verib.

O, hökumətin vəziyyətdən xəbərdar olduğunu və Yeni Zelandiyanın İndoneziyadakı səfirlik əməkdaşlarının mövcud vəziyyətlə bağlı müvafiq işlər gördüyünü söyləyib.

Yeni Zelandiya Xarici İşlər Nazirliyi pilotun ailəsinə konsulluq dəstəyinin göstərildiyini bildirib, lakin məxfilik qanunlarına istinad edərək əlavə şərh verməkdən imtina edib.

Qeyd olunub ki, pilot və sərnişinlər “Azad Papua Hərəkatı” təşkilatının (İndoneziyada terrorçu struktur hesab olunur) hərbi qanadı olan “Qərbi Papua Milli Azadlıq Ordusu”nun üzvləri tərəfindən girov götürülüb.