İnfeksiyaların antibiotiksiz müalicə yolu tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə CHM jurnalı məlumat yayıb.
Alimlər bağırsaq infeksiyası Clostridioides difficile ilə mübarizədə yüksək effektivliyini sübut edən sintetik mikrobiom hazırlayıblar.
Qeyd etmək lazımdır ki, bu infeksiya şiddətli ishal, bağırsaq iltihabına səbəb olur və müalicəsi çətindir.
Yeni üsul nəhayət təsdiq olunarsa, antibiotik müalicəsinə alternativ ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, Clostridioides difficile-nin müalicəsi bəzən daha az təsirli olur. Çünki antibiotiklər bağırsaqdakı zərərli bakteriyalarla yanaşı, faydalı bakteriyaları da öldürərək problemi daha da pisləşdirir.
Buna görə də ekspertlər “başqa yolla getməyə” qərar veriblər. Tədqiqat Clostridioides difficile-nin böyüməsinə mane ola biləcək 37 bakteriya ştammını müəyyən edib.
Daha sonra elm adamları yalnız faydalı bakteriyalardan ibarət olan və yoluxucu infeksiyanın böyüməsinin qarşısını almağa qadir olan sintetik mikrobiom hazırlayıblar.
Alimlər sintetik mikrobiom əldə etmək üçün donor materialının tələb olunmadığına xüsusi diqqət yetirirlər.
Xuraman Etibarlı
İnterpress.az