İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Liverpul”a qalib gəlibbackend

İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Liverpul”a qalib gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti” İngiltərə Liqa Kubokunun IV turunda “Liverpul”u 3:2 hesabı ilə məğlub edib.

Görüş cümə günü axşam Mançesterdə baş tutub.

Qaliblərin heyətində Erlinq Haaland (10-cu dəqiqə), Riyad Mahrez (47), Natan Ake (58) fərqlənib. “Liverpul”un qollarını isə Fabio Karvalyo (20), Məhəmməd Salah (48) vurub.

Xosep Qvardiolanın yetirmələri İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsinin sonuncu iştirakçıları oldular. Daha əvvəl turnirin bu mərhələsinə “Çarlton”, “Lester”, “Mançester Yunayted”, “Nyukasl”, “Nottingem”, “Sauthempton” və “Vulverhempton” klubları çıxıb. Komandaların daha sonra keçiriləcək püşkatma nəticəsində 1/4 finaldakı rəqibləri məlum olacaq.

İngiltərə Liqa Kuboku 1960-cı ildən keçirilir. Burada İngiltərə çempionatının dörd yüksək divizionundan klublar iştirak edir. Qalib növbəti mövsümün Konfrans Liqasına vəsiqə qazanacaq. Turniri indiyədək ən çox hazırkı kubokun sahibi “Liverpul” qazanıb – 9 dəfə.