İngiltərə Premyer Liqası: Mersisayd derbisində “Liverpul” “Everton” üzərində inamlı qələbə qazanıbbackend

İngiltərə Premyer Liqası: Mersisayd derbisində “Liverpul” “Everton” üzərində inamlı qələbə qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasının XXIII turunun yekun matçında Mersisaydın iki klubu qarşılaşıb – “Liverpul” və “Everton”. Oyun “qırmızılar”ın inamlı qələbəsi ilə başa çatıb – 2:0.

Matç “Enflid” stadionunda baş tutub.

“Liverpul” prinsipial rəqibi ilə oyundan öncə turnir cədvəlində 10-cu pillədə qərarlaşmışdı. Bütün turnirlər daxil olmaqla son yeddi oyunda Yurgen Kloppun komandası sadəcə bir qələbə qazana bilmiş, 4 dəfə uduzmuş və cəmi 6 qol vurmuşdu. “Everton” isə tabloda sondan üçüncü pillədə qərarlaşmış olsa da, çempionatın sonuncu matçında sensasiyaya imza ata bilmişdi. Belə ki, “göylər” Premyer Liqanın lideri “Arsenal”ı 1:0 hesabı ilə yeniblər. Bu, Şon Dayçın baş məşqçi postuna təyin olunmasından bir neçə gün sonra baş verib.

Derbidən öncə məlum olub ki, hakim Con Bruksun təyinatı ləğv edilib. Arbitr VAR-a nəzarət etməli olacaqdı, ancaq “Kristal Pelas” – “Brayton” matçındakı səhvi ona baha başa gəlib. Həmin oyunda hakimlər ofsayd xətti yanlış çəkiblər və səhvən qonaqların qələbə qolunu ləğv ediblər. Bruksu nəinki derbi, həm də qarşıdakı “Arsenal” – “Mançester Siti” oyunundan da çıxarıblar.

“Everton” fasiləyədək qapıya bir dəfə də dəqiq zərbə endirməyib, “göylər” həmçinin topa sahibolma göstəricisində də rəqibdən xeyli geri qalıblar (32 % 68 %-ə qarşı) və daha çox qayda pozublar (13 5-ə qarşı). Birinci hissənin sonunda qonaqlar “qırmızılar”ı kədərləndirməyə yaxın olsalar da, Ceyms Tarkovskinin zərbəsi dirəyə tuş gəlib. Müdafiəçinin bu həmləsi küncdən zərbədən sonra baş verib, rəqib isə əks-hücumda hesabı açıb.