Maaşların artırılmasını tələb edən hökumətlə danışıqlarda nəticə əldə edə bilməyən müəllimlər həmkarlar ittifaqı çərşənbə günü (1 fevral) İngiltərə və Uelsdə tətil edəcək.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyada yanğınsöndürənlərin maaşlarının artırılması üçün keçirilən tətil səsverməsində böyük səs çoxluğu ilə tətil qərarı qəbul edilib.
Yüksək inflyasiya və maaşların əriməsi səbəbindən ölkədə bir çox sektorlarda, xüsusilə dəmir yolu, poçt, səhiyyə və dövlət işçilərinin maaşlarının artırılması tələbi ilə tətil aksiyaları bir müddətdir davam edir.
Müəllimlər 2010-cu ildən real əmək haqlarında 11 faiz itki olduğunu bildirir və maaşların inflyasiya səviyyəsindən yuxarı artırılmasını tələb edirlər.
Hökumət isə məktəblərə əlavə 2 milyard funt-sterlinq maliyyə ayrıldığını və birliyin tələbinin yerinə yetirildiyini müdafiə edir.
2022-ci ildə İngiltərə və Uelsdə müəllimlərin maaşında 5 faiz artım olub. İnflyasiya isə oktyabr ayında 11 faizi keçərək son 41 ilin ən yüksək səviyyəsinə çatıb.