İordan çayının qərb sahilində “Dəmir divar” əməliyyatı davam edir.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusunun İordan çayının qərb sahilində keçirdiyi “Dəmir divar” antiterror əməliyyatı çərçivəsində son bir həftə ərzində axtarışda olan 90 nəfər həbs edilib. Bundan əlavə, 14 tüfəng və pul müsadirə edilib.
Eyni zamanda bir neçə fələstinli yaraqlının öldürüldüyü və 30 şübhəlinin həbs olunduğu Cenin şəhərində əməliyyat davam edir.
İordan çayının qərb sahilində yuxarıda qeyd olunan əməliyyat bu il yanvarın 21-də başlayıb.
Martın 4-də İsrail ordusu əməliyyatı Cenin şəhərinin yeni ərazilərində genişləndirdiyini açıqlayıb.
Xuraman Etibarlı
İnterpress.az