Oreqon Universitetinin müəllim üzvü Dr. William J. Ripple 2023-cü ilin dünyanın müxtəlif yerlərində iqlim dəyişikliyi ilə bağlı ekstremalların qeydə alınacağı il olacağına diqqət çəkərək, qlobal orta temperaturun hər 0,1 dərəcə artmasının milyonlarla insanın ölümünə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İqlim dəyişikliyi və qlobal istiləşmənin miqyası ABŞ-ın Oreqon Universitetinin rəhbərliyi ilə dünyanın müxtəlif universitetlərindən olan alimlər tərəfindən hazırlanan “2023-cü ildə İqlim Dəyişikliklərinin Vəziyyəti: Naməlum Ərazilərə Giriş” adlı hesabatda müzakirə olunub.
BioScience jurnalında dərc edilən araşdırmanı aparan mütəxəssislər, dünyanın iqlim dəyişikliyi mühasirəsində olduğunu, elm adamlarının onilliklərdir xəbərdar etdiyi məsələlərin artıq göründüyünü, daha əvvəl heç kimin yaşamadığı şərtlərlə qarşılaşa biləcəyini vurğulayıblar.
Hesabatda 2023-cü ilin dünyanın müxtəlif yerlərində rekord temperaturlar, okeanların davamlı istiləşməsi, Şimali Atlantika dənizinin su səthinin temperaturunun yüksəlməsi və s. Antarktidada buz səviyyəsinin görünməmiş aşağı səviyyələrə enməsi qeyd edilib.
Hesabatda 2023-cü ilin iyun-avqust aylarının indiyə qədər qeydə alınan ən isti dövr olduğu, iyulun əvvəlində dünyanın ən yüksək qlobal gündəlik orta səth temperaturu olduğu və sentyabrın 12-nə olan məlumata görə, temperaturun sənayedən əvvəlki dövrdən 1,5 dərəcə yüksək olduğu qeyd edilir.
Alimlər temperaturun yüksəlməsini dünyanın təhlükəli qeyri-sabitliyə doğru getdiyinin əlaməti kimi qiymətləndirsələr də, bəşəriyyətin indi “naməlum iqlim qurşağına” daxil olduğunu müəyyən ediblər.