İran ABŞ ilə memorandumun dayandırıldığını rəsmən elan etməlidir – “Fars”backend

İran ABŞ ilə memorandumun dayandırıldığını rəsmən elan etməlidir – “Fars”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ABŞ ilə sazişin fəaliyyətini dayandırdığını rəsmən bəyan etməlidir.

İnterpress.az xəbər verir ki, bu barədə “Fars” nəşri məlumat yayıb.

İranın hökumətyönümlü “Fars” nəşri Tehranın ABŞ ilə qarşılıqlı anlaşma memorandumuna rəsmən xitam verməli olduğunu yazıb.

Bildirilir ki, sənəd imzalandığı gündən bəri ABŞ onun şərtlərini mütəmadi olaraq pozub.

İranın indiyədək buna səssiz qalması isə neft satışındakı bəzi güzəştlər və Livandakı atəşkəslə bağlı olub.

Lakin Trampın son “təhqiramiz bəyanatları” fonunda sazişə birtərəfli qaydada əməl olunması İrana heç bir fayda vermir.

Bu səbəbdən rəsmi Tehran sazişə və onunla bağlı bütün danışıqlara son qoyulduğunu rəsmən elan etməlidir.

Xuraman Etibarlı

İnterpress.az