“ İran Ermənistanla əməkdaşlıq edəndə biz ona müdaxilə etmişik?” – Politoloq rəyibackend

“ İran Ermənistanla əməkdaşlıq edəndə biz ona müdaxilə etmişik?” – Politoloq rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın İrana qarşı heç bir düşmən mövqeyi yoxdur”.

Bunu “Azərbaycan Hava Yolları” aviaşirkətinin oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməsi fonunda ölkəmizin İranla qonşuluq münasibətinə toxunan politoloq Züriyə Qarayeva İnterpress.az-a açıqlamasında deyib.

Politoloqa görə, Tehran özü üçün təhdid hesab etsə də, özünün proseslərdən kənar qaldığını düşünsə də, hətta yeni əməkdaşlıq formatında belə yer alıb və məsələlərdən kənar tutulmayıb:

“Azərbaycan 44 günlük müharibə ilə regionda yeni geosiyasi reallıqlar yaradıb. İran Qərb, ABŞ və İsrail tərəfdən qarşılaşdığı sanksiyalar səbəbindən düşdüyü geosiyasi böhrana görə Azərbaycanı günahlandırmağa çalışır. Əslində Azərbaycanın İrana qarşı heç bir düşmən mövqeyi yoxdur. Əvvəla, ona görə ki, İran Azərbaycanın qonşusudur və qonşu dövlətlərlə sülh və sabitlik çərçivəsində əlaqələrin qurulması xarici siyasətimizin əsas prioritetidir. İkinci tərəfdən, İranda 40 milyon azərbaycanlı yaşayır və bu qədər əhalisinin olduğu ölkəylə böhran yaşamaq əlbəttə ki, Azərbaycan üçün uyğun deyil. Digər tərəfdən, “Şimal-Cənub” layihəsi daxil olmaqla bir çox strateji layihələrdə İranla Azərbaycan əməkdaşlıq edir.

Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq, artıq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirməsindən İran narahatlıq keçirməməlidir. 30 ildir İran Ermənistanla əməkdaşlıq edərkən, Ermənistanı qazla təmin edərkən, separatçılara yardımlar daşıyarkən, müqəddəs ocaqları təhqir edən düşmən ölkənin izolyasiya vəziyyətindən çıxmasına dəstək olarkən, biz İranın xarici siyasətinə müdaxilə etmişikmi?!

Bu gün İranın Azərbaycan tərəfdən qarşılaşdığı məhdudiyyətlər isə beynəlxalq hüququn prinsiplərinə uyğun aparılır. Gorus-Qafan yolunda qurulan nəzarət məntəqəsi vasitəsilə Qərbdən Ermənistana və oradan Xankəndinə aparılan avtomobillərin yoxlanılması, işğaldan azad edilmiş ərazilərdə narkotacirlərin fəaliyyətinin qadağan edilməsi beynəlxalq hüququn normaları əsasında tənzimlənir”.

Gülşən