İran Fars körfəzində yanacaq daşıyan 5 qayığı saxlayıb, hadisə ilə əlaqədar 23 nəfəri həbs edib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Hörmüzqan vilayətinin Ədliyyə Baş İdarəsinin rəisi Mücteba Kahramani Fars körfəzində qaçaqmal yolu ilə yanacaq yükləndiyi aşkarlanan 5 qayıqda əməliyyat keçirildiyini bildirib.
İnqilab Keşikçiləri Ordusunun əməliyyatı nəticəsində qayıqlarda 400 min litr qaçaq yanacaq ələ keçirildiyini qeyd edən Kahramani, qayıqların ələ keçirildiyini, hadisə ilə əlaqədar 23 nəfərin həbs edildiyini bildirib.