İran hərbi təlimlərə başlayıbbackend

İran hərbi təlimlərə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Hörmüz boğazının şərqi ilə Hind okeanının şimalı arasındakı Cask bölgəsində hərbi təlimlərə başladığını açıqlayıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

İran Ordusunun koordinator müavini kontr-admiral Həbibullah Seyyari bildirib ki, “Zülfikar 1401” adlanan təlim dünən axşam ordunun müxtəlif bölmələrinin iştirakı ilə başlayıb.

Seyyari bildirib ki, təlim Hörmüz boğazının şərqi ilə Hind okeanının şimalı arasındakı Cask bölgəsində keçiriləcək.

İran komandiri təlimin nə vaxt bitəcəyi ilə bağlı məlumat verməyib.