İranda etiraz aksiyaları davam edirbackend

İranda etiraz aksiyaları davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda sentyabr ayından başlayaraq keçirilən etiraz aksiyaları hələ də davam edir.

İnterpress.az xəbər verir ki, üç aydan çoxdur davam edən aksiyalar səngimək bilmir.

Artıq ölkənin bütün əyalətlərindən etirazlara qatılanlar var və onlar öz haqlarını tələb edirlər. Eləcə də mövcud rejimin getməsini istəyirlər. Hakimiyyət isə etirazçıların tələblərini yerinə yetirməkdən boyun qaçırır.

Aksiyalarda xeyli sayda etirazçı ölüb və ya yaralanıb.

Qeyd edək ki, İranda genişmiqyaslı etirazlar sentyabr ayında İranın əxlaq polisi tərəfindən hicabdan düzgün istifadə etmədiyinə həbs edilmiş gənc qadın Mahsa Amininin ölümündən sonra başlayıb.