İranda etirazlar aksiyaları davam edirbackend

İranda etirazlar aksiyaları davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda etirazlar aksiyaları davam edir.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Bu ilin sentyabrın 13-də Tehranda “əxlaq polisi” tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi hökumətə qarşı etirazlara səbəb olub.

İran İnqilab Keşikçiləri Ordusu Hərbi Hava Qüvvələri komandanı briqada generalı Əmir Əli Hacızadə noyabrın 29-da çıxışında ölkədə təxminən 3 aydır davam edən etirazlarda təhlükəsizlik qüvvələri də daxil olmaqla 300-dən çox insanın həyatını itirdiyini bildirib. İranın Təhlükəsizlik Şurası dekabrın 3-də ölənlərin ümumi sayının 200-ü keçdiyini açıqlayıb.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) dekabrın 17-də dərc etdiyi hesabatında Əmininin ölümündən sonra başlayan küçə nümayişlərinə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 469 etirazçının öldüyünü bildirib.