İranda hökm sürən xaos: Tehrn rejimi casus axtarışındadırbackend

İranda hökm sürən xaos: Tehrn rejimi casus axtarışındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tehran rejmi uzun illər ona xidmət etmiş şəxsləri belə ölüm hökmünə məhkum etməkdən çəkinmədi”.

Bu sözləri İranda başlayan və hələ də davam edən etiraz aksiyalarının 4 ayının tamam olmasını şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin sədri, politoloq Samir Hümbətov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu 4 aylıq müddətdə Tehran rejminin istər köhnə məmurları, istərsə də indiki məmurları mütəmadi şəkildə günahlandırmağa çalışırlar:

“Rejimi iki əllə qorumağa çalışan məhkəmə 1997-2005-ci illərdə, yəni eks-prezident Məhəmməd Xatəminin prezidentliyi dönəmində müdafiə nazirinin müavini işləmiş Əlireza Əkbəri haqqında ölüm hökmü verib. İranın Kəşfiyyat Nazirliyi iddia edir ki, edam edilən Əlireza Əkbəri İngiltərənin Mİ6 kəşfiyyat xidməti ilə sıx əməkdaşlıq edib və İranla bağlı mühüm məlumatları xaricə köçürmək üçün toplayan ən mühüm agentlərindən biri olub. Məsələyə İran Kəşfiyyat Nazirliyinin iddiası və məntiqi ilə yanaşsaq, onda belə anlamaq olar ki, Əlireza Əkbəri nazir müavini olduğu 1997-2005-ci illərdə mühüm postu tutduğu zaman dövlət əhəmiyyətli məlumatları İngiltərənin Mİ6 kəşfiyyatına ötürüb. Belə qənaətə gəlmək olar ki, Əlireza Əkbərinin edam edilməsi də həm də hakimiyyətdaxili intriqanın nəticəsi kimi ortaya çıxıb. Qarşıdakı dövrdə baş verən hadisələr fonunda bu mövzunun hansı nəticəyə gəlib çatacağını daha yaxşı təxmin edə biləcəyik”.