İranda parlament seçkilərinin ikinci turu başlayıbbackend

İranda parlament seçkilərinin ikinci turu başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında İranda parlament seçkilərinin ikinci turu start götürüb.

Bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb.

Səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və 10 saat davam edəcək.

Zərurət yaranarsa, səsvermə müddəti iki saata qədər uzadıla bilər.

Xatırladaq ki, İranda parlament seçkilərinin birinci turu fevralın 21-də baş tutmuşdu.

 

İnterpress.az