İranda Prezident seçkiləri – Əhmədinejad yarışa buraxılacaqmı?backend

İranda Prezident seçkiləri – Əhmədinejad yarışa buraxılacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam Respublikasının keçmiş prezidenti Mahmud Əhmədinejadın iyun ayının 18-nə təyin olunmuş president seçkilərində namizədliyini irəli sürməsi haqqında məlumatlar artıq ciddi səciyyə daşıyır. 65 yaşlı Əhmədinejad İranın 6-cı prezidenti olmuş 2005-2013-cü illərdə prezidentlik etmişdir. O, 2017-ci ildə keçirilmiş Prezident seçkilərində iştirak etməyə cəhd göstərsə də Ali Dini Lider Əli Xameneyinin məsləhəti ilə bu fikirdən daşınmışdır.

Prezident olmadığı dövrlərdə də o, sakit qalmamış 2018-2019-cu illərdə İranda baş verən müxtəlif etiraz aksiyaları və küçə yürüşlərində iştirak etmişdir.

Keçnmiş prezidentlə bağlı bu vaxta qədər şayiə statusundan uzağa getməyən proqnozlar özünü doğruldur. Əhmədinejad yenidən böyük siyasətə qayıdır və iyun keçiriləcək seçkilərdə iştirak etmək fikrindədir. İran saytlarınının verdiyi məlumata görə o artıq qeydiyyatdan keçmişdir.

Sonrakı hadisələr aşağıdakı ssenari üzrə davam etdiriləcək: Konstitusiya Mühafizə Şurası qeydiyyatdan keçən namizədləri yoxlayaraq onların seçkiydə iştirak etməyə icazə verəcək, yaxud namizədliklərini təsdiq etməyəcək.

Konstitusiya mühafizə Şurası mühafizəkarlar tərəfindən idarə olunan dövlət təşkilatıdır. 12 üzvdən ibarət olan Şuranın yarısı dini lider ayətullah Əli Xameneyi tərəfindən təyin olunur və bunlar adətən dini qüvvələrin təmsilçiləridir. Digər altı nəfər isə ölkənin məhkəmə hakimiyyəti tərəfindən təyin olunur və parlamentdə təsdiq edilir. Şura İranda keçirilən bütün seçkiləri nəzarətdə saxlayır və istənilən namizədin sənədlərini geri qaytarmaq hüququna malikdir. Bundan başqa Şura İran Parlamentində qəbul edilən qanunları təsdiq edir.

Şuranın razılığından sonra 26-27 may tarixlərində İran Daxili İşlər Nazirliyi seçkiyə buraxılanların adlarını elan edəcək. Bununla da iyunun 17-nə qədər davam edəcək seçkiqabağı kompaniya başlayacaq. Konstitusiya Mühafizəsi Şurasının Əhmədinejadın namizədliyini təsdiq edib-etməyəcəyini İranda və region dövlətlərində ciddi maraqla gözləyirlər. Çünki 2017-ci il seçkilərində onu namizədliyini geri götürməyə məcbur etmişdilər. Qeyri-rəsmi mənbələrin verdiyi məlumata görə Əhmdinejadı 2021-ci ildən sonra yenidən prezident görmək istədikləri ona çatdırılmışdı. Elə isə namizədliyi təsdiq edilərsə keçmiş prezidentin yenidə bu kürsüyə oturmaq ehtimalı ciddiləşir.

Şura artıq bir neçə görüş keçirib. Amma namizədlərin sayı olduqca çoxdur və yoxlamanın nəzərdə tutulan vaxta başa çatdırılması şübhə doğurur. 40 qadın olmaqla 592 nəfər president marafonuna qoşulmaq istəyir. Bunların içindən 7-10 nəfər ən layiqlisini seçmək olduqca çətindir. Ən yaxşı halda Şura seçkiyə buraxmaq istədiyi və artıq yuxarı dairələrdə məlum olan kiçik bir qrup şəxsi ayıracaq, sonradan isə seçkiyə buraxılması nəzərdə tutulmayanlar üçün səbəblər toplayacaq. Bu səbəblər isə İran siyasətində üzdə olan hər bir şəxs üçün yetərincədir.

Təbnak xəbər agentliyinin proqnozuna görə seçkiyə buraxılmaq ehtimalı olan şəxslər  aşağıdakılardır:

  • Ali Məhkəmənin sədri İbrahim Rəisi, Məsləhət Şurasının Katibi Mühsin Rezayi, keçmiş nüvə danışıqları rəhbəri Səid Cəlili, Vitse –Prezident İsaq Cahangiri, keçmiş Müdafiə Naziri Hüseyin Dehqan, keçmiş Parlament Spikeri Əli Laricani, İran televiziyasının keçmiş rəhbəri İzzətullah Zərqami, Əmək Naziri Məhəmməd Şəriətmədari və Mərkəzi Bankın sədri Əbdülnasir Himməti var.

Bu namizədlər içində Əhmədinejadla yanaşı Rəisi və laricaninin finala qalacağını böyük ehtimal hesab edirlər. Rəisi mühafizəkarlar, xüsusən mühafizəkar mətbuat arasında böyük nüfuza malikdir. O, 2017-ci il seçkilərində namizəd olmuş, lakin Həsən  Ruhani ilə mübarizədən qalib çıxa bilməmişdi. Sonradan Xameneyi tərəfindən Ali Məhkəmənin sədri vəzifəsinə təyin olunmuş və korrupsiyaya qarşı mübarizədə geniş səlahiyyətlər əldə etmişdir.

Bəzi saytların verdiyi məlumata görə Rəisi president seçkisində iştirak etmək fikrində deyilmiş, lakin ətrafında olan bəzi qüvvələr onu bu işə ruhlandırıblar. Ali Məhkəmənin sədri bu məqsədlə hətta Ali Dini Liderlə də görüşüb. Xameneyinin Rəsinin namizədliyinin müsbət və mənfi qarşılaması haqqında dəqiq məlumat yoxdur.

64 yaşlı mühafizəkar qrupdan ayrılıb reformaçılara qoşulan Laricani böyük ehtimalla seçkinin favorilərindən biri olacaq. Çünki, reformaçılar tərəfindən onun qədər nüfuzlu bir şəxsiyyətin irəli çəkilməsi haqqında hələ məlumat yoxdur.

 

İnterpress.az