İranda yeni antirekord qeydə alındı – Koronavirusbackend

İranda yeni antirekord qeydə alındı – Koronavirus

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda koronavirusdan ölüm sayında yeni bir antirekord qeydə alınıb. bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saatda 709 nəfər COVID-19-dan vəfat edib.

Xəstəlikdən ölənlərin ümumi sayı 103 357-yə yüksəlib.

Eyni zamanda, İranda 40.623 yeni yoluxma müəyyən edilib, onlardan 5.487-si xəstəxanaya yerləşdirilib.

Ölkədə COVID-19 xəstələrinin ümumi sayı 4.756.394-ə çatıb.