“İranın Azərbaycandan üzr istəməsi mümkündür, amma…” – Şərhbackend

“İranın Azərbaycandan üzr istəməsi mümkündür, amma…” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda İran-Azərbaycan münasibətləri özünün ən pik həddə çatmış qırılma nöqtəsini yaşayır”.

Bu sözləri Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyətini şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın sərgilədiyi mövqe onun sonunu gətirə bilər:

“Hazırda İran-Azərbaycan münasibətləri özünün ən pik həddə çatmış qırılma nöqtəsini yaşayır. Baxmayaraq ki, dünən İran prezidenti İbrahim Rəisi Azərvaycan prezidenti İlham Əliyevə zəng etdi, amma İran rəsmi şəkildə üzr istəmədi. Bəlkə də İranın Azərbaycandan üzr istəməsi mümkündür, amma buna İrandakı hakimiyyətdaxili qruplar imkan verməyəcək. Bəzi hakimiyyətdaxili qruplar var ki, onlar tam şəkildə fars şovnizmi ilə təchiz edilmiş, imperiya təfəkkürü ilə formalaşan və yaşayan ideologiya ilə yaşayırlar. Həmçinin nəzərə almaq lazımdır ki, həm İran ərazisində yaşayan farslar, həm də onların sevərək dəstək verdiyi ermənilər də etnik köklər baxımından eyni kökdən gəlməsi haqqında kifayət qədər məlumatlar oxumaq mümkündür. Mövcud Tehran rejminin yuxarıda qeyd edilən məsələlərə görə bundan sonra uzunömürlü olmaq eşqi çox davam edə bilməz”.