İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516-ya çatıb.
İnterpress.az xəbər verir ki, bu barədə təcili tibbi yardım xidmətinin nümayəndəsi Babok Yektaparast məlumat verib.
***
13:10
İranın Bəndər Abbas limanında güclü partlayış baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilir ki, İranın cənubundakı Bəndər Abbas limanında güclü partlayış baş verib.
Hadisənin təfərrüatları araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az