Mebel quraşdıran ailəni civə ilə ZƏHƏRLƏDİbackend

Mebel quraşdıran ailəni civə ilə ZƏHƏRLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada mebel quraşdıran ailəni civə ilə zəhərləyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Moskva vilayətinin Mıtişi şəhərində mebel quraşdıran ailəni civə ilə zəhərləyib.

Müştərilərlə ödənişlə bağlı yaranan münaqişədən sonra mebel quraşdıran işçi sakinləri sağlamlıqlarının pisləşməsi ilə hədələməyə başlayıb.

Tezliklə o, mətbəxdə civə termometrini sındırdığını göstərən videonu onlara göndərib. O, mənzildə daha iki kapsul civənin gizlədildiyini də bildirib.

Ailə təcili yardım çağırıb. Mütəxəssislər otaqda həqiqətən də civə olduğunu təsdiqləyiblər.

Bütün ailə üzvlərində zəhərlənmə əlamətləri müşahidə olunub.

Xuraman Etibarlı

İnterpress.az