Türkiyəni 24-cü Qış Olimpiya Oyunlarında təmsil edən milli xizəkçi Berkin Usta yanğın zamanı dünyasını dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Uludağdakı “Kervansaray” otelində baş verən yanğın nəticəsində Pekində keçirilən 24-cü Qış Olimpiya Oyunlarında Türkiyəni təmsil edən milli xizəkçi Berkin Ustanın dünyasını dəyişdiyi məlum olub.
Xizək Təlimçiləri Dərnəyinin prezidenti Yəhya Usta və anası Fikriyə Usta da eyni yanğında xəsarət alıb.
Xuraman Etibarlı
İnterpress.az