İranın hərbi gəmisi partladıldı – ABŞ-dan açıqlamabackend

İranın hərbi gəmisi partladıldı – ABŞ-dan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

ABŞ SEPAH-a aid “Saviz” gəmisinin partladılmasında heç bir iştirakının olmadığını bildirir.

 

Bu məlumatı ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Cesika Maknalti yayıb.

“Biz təsdiqləyə bilərik ki, ABŞ qüvvələri bu insidentə cəlb edilməyib. ABŞ Qırmızı dənizdəki insident barədə xəbərdardır və hadisələrin inkişafını izləyir”, – deyə o bildirib.

Qeyd edək ki, Qırmızı dənizdə İranın ticarət gəmilərini müşayiət edən “Saviz” gəmisində dünən bomba partlayışı baş verib. Hələlik hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib

 

İnterpress.az