İranlı general: “Səudiyyə Ərəbistanı ilə hərbi əlaqələri yaxşılaşdırmağa hazırıq”backend

İranlı general: “Səudiyyə Ərəbistanı ilə hərbi əlaqələri yaxşılaşdırmağa hazırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Səudiyyə Ərəbistanı ilə hərbi əlaqələri yaxşılaşdırmağa hazırdır”.

İnterpress.az İran KİV-nə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş qərargahının rəisi general Məhəmməd Baqeri Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salmanla telefon danışığında bildirib.

Məlumata görə, iranlı general telefon danışığında iki ölkə arasında dostluq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

Bildirilib ki, Səudiyyə Ərəbistanının müdafiə naziri də iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq səviyyəsinin yaxşılaşdırılmasını alqışlayıb.

Bizim WhatsApp kanalımıza