İraqda ABŞ əsgərlərinin olduğu aeroporta 14 raketlə hücum: Ölən və yaralılar varbackend

İraqda ABŞ əsgərlərinin olduğu aeroporta 14 raketlə hücum: Ölən və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

İraqda ABŞ əsgərlərinin olduğu Ərbil hava limanına 14 raket hücumu edilib.

“TRT Haber” ABŞ təhlükəsizlik mənbələrinə istinadən məlumat verir ki, nəticədə bir nəfər ölüb, altı nəfər yaralanıb.

Yaralılardan biri ABŞ əsgəridir.

Bu raketlərdən 10-u ABŞ əsgərlərinin olduğu yerin xaricinə, 4-ü daxilinə düşüb.

ABŞ Xarici İşlər naziri Antoni Blinken Ərbildəki raket hücumları ilə əlaqədar yazılı açıqlama verib və hücumdan “qəzəbləndiklərini” bildirib.

Faktla bağlı istintaq başladılıb.

 

İnterpress.az