İrina Farion Lvovda ağır yaralanıb.
interpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, ukraynalı siyasətçi İrina Farion başından güllələnib.
İlkin məlumata görə, atəş açan 20-25 yaşlı oğlandır. Farion binadan çıxanda qaçaraq onu başından vurub.
Həkimlər Farionun həyatı üçün mübarizə aparırlar. Qadının vəziyyəti son dərəcə ağırdır.
Xuraman Etibarlı
İnterpress.az