İrlandiya Beynəlxalq Məhkəmədə İsrailə qarşı soyqırım işinə müdaxilə etməyə hazırlaşırbackend

İrlandiya Beynəlxalq Məhkəmədə İsrailə qarşı soyqırım işinə müdaxilə etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiya Cənubi Afrikanın İsraili “soyqırım”da ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı işə müdaxilə etməyə hazırlaşır.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Ölkə mətbuatında yer alan xəbərə görə, İrlandiya baş nazirinin müavini və xarici işlər və müdafiə naziri Micheal Martin Nazirlər Şurasının iclası öncəsi hökumət binası qarşısında jurnalistlərə açıqlama verib.

Martin keçən həftə hüquq qrupu tərəfindən məlumatlandırıldığını ifadə edərək deyib: “İşə müdaxilə etmək üçün əsasımız olduğuna inanırıq”.

Qəzzadakı vəziyyətin hazırda “humanitar fəlakət” olduğunu vurğulayan Martin bölgəyə yardımların girişinin açıq şəkildə əngəlləndiyini vurğulayıb. Martin bunun Qəzza xalqı üçün ciddi zərər və dağıntı olduğunu qiymətləndirib.

Bildirilib ki, ilkin hüquqi təhlillərdən sonra Martin İrlandiya səlahiyyətlilərindən işə müdaxilə edəcəkləri barədə bəyannamə layihəsi hazırlamağı xahiş edib. Martinin bu barədə Nazirlər Kabinetinə məlumat verəcəyi gözlənilir.

Tamamlandıqdan sonra Maykl Martin layihəni hökumətin müzakirəsinə təqdim edəcək və təsdiqlənərsə, onun Haaqadakı BƏƏ-yə təqdim edilməsi üçün tədbirlər görüləcək.

İrlandiyanın baş naziri Leo Varadkarı yaxın günlərdə əvəzləməsi gözlənilən hakim Fine Gael partiyasının yeni lideri Simon Harris jurnalistlərə deyib ki, o, nazir Martini kabinetdə davaya müdaxilə qərarı ilə bağlı dinləmək istəyir.

“Gözümüzün önündə, dünyanın gözü önündə baş verən humanitar fəlakət var. Dünya buna göz yuma bilməz və əslində, məncə, humanitar fəlakət ifadəsi Qəzzada görülən dağıntıların miqyasını belə tutmur”, – Harris deyib.