İspaniyada dekabrın temperatur rekordu qırılıbbackend

İspaniyada dekabrın temperatur rekordu qırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın cənubundakı Malaqa şəhərində havanın temperaturu 29,9 dərəcəyə yüksəldiyi halda, bunun ölkə tarixində dekabr ayında indiyə qədər qeydə alınan ən yüksək temperatur olduğu bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İspaniya Meteorologiya İnstitutu (Aemet) dekabrın 12-i çərşənbə axşamı yerli vaxtla saat 14.20-də Malaga şəhərində hava istiliyinin 29,9 dərəcə olaraq təyin edildiyini açıqlayıb.

Dekabr ayında ən yüksək temperatur rəsmi qeydlər başlayandan bəri İspaniyada aşkar edilib. Aemet daha əvvəl dekabr ayı üçün Malaqada ən yüksək hava istiliyinin 24,5 dərəcə olduğu barədə məlumat paylaşıb.

Aemet, dekabr ayında 4,9 dərəcə böyük bir fərqlə rekord qıran Malaqadakı ən yüksək temperaturun həm İspaniyada, həm də qlobal miqyasda görülən iqlim dəyişikliyi ilə izah edilə biləcəyini qiymətləndirib.

Dekabr ayında İspaniyada Malaqadan əvvəl ən yüksək temperatur 2010-cu ildə ölkənin cənubundakı Qranada şəhərinin Motril rayonunda 29,4 dərəcə olaraq qeydə alınıb.

Son bir həftədir cənub bölgələrində temperaturların mövsüm normalarının üzərində olduğu İspaniyada Valensiya, Almeriya və Malaga kimi sahil şəhərlərində çimərliklərdə çimən və günəş vannası qəbul edən insanların görüntüləri xəbər bülletenlərində verilir.