İspaniyada fermerlər də etiraz aksiyalarına başlayıblarbackend

İspaniyada fermerlər də etiraz aksiyalarına başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada həftələrdir davam edən fermerlərin etirazları oxşar səbəblərdən İspaniyaya da sirayət edib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

İspan fermerlər, Fransadakı həmkarları kimi, Aİ-yə daxil olmayan ölkələrdən gələn rəqabət və qiymət artımlarının Aİ-ni kənd təsərrüfatı siyasətini dəyişməyə məcbur etdiyini əsas gətirərək küçələrə çıxmağa qərar verdilər.

Ölkənin cənubundakı Badajoz şəhərində kiçik qruplar halında etirazlara başlayan və sabah Huelva və Sevilya şəhərlərində də etiraz aksiyası keçirəcəklərini açıqlayan fermerlər, tarladan çıxarkən məhsullarının artan qiymətlərinə qarşı tədbir görülməsini istəyirlər.

Fermerlər qarşıdakı həftələrdə daha səsli etirazlara başlayacaqlarını açıqlasa da, fevralın 13-də Kataloniyada, 21-də isə paytaxt Madriddə traktorlarla yol blokadaları keçiriləcək.

Fermerlərin bağlı olduğu təşkilatların verdiyi açıqlamalarda Aİ-də kənd təsərrüfatı siyasətlərinin “çox sərt”, Asiya və Afrika bazarlarının isə “nəzarətsiz” olduğu, etirazların çox gec başladığı iddia edilir.

Avropa gündəmində geniş yer almağa başlayan Fransadakı həmkarlarının hərəkətlərini görən və eyni şəkildə öz problemlərini də gündəmə gətirmək istəyən ispanlar fransız fermerləri də onları boykot etməkdə ittiham edirlər.