İspaniyada maskalardan istifadə öhdəliyi yüngülləşdirilibbackend

İspaniyada maskalardan istifadə öhdəliyi yüngülləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada maskalardan istifadə öhdəliyi yüngülləşdirilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

İspaniyada COVID-19 epidemiyası ilə əlaqədar 2020-ci ilin may ayından tətbiq edilən maskaların istifadəsi gələn həftədən etibarən xəstəxanalar, sağlamlıq mərkəzləri və apteklər istisna olmaqla, artıq məcburi olmayacaq.

Səhiyyə Nazirliyi COVID-19 tədbirləri çərçivəsində ictimai nəqliyyat vasitələrində hələ də qüvvədə olan maskalardan, optika, stomatoloq və ortoped mütəxəssislərinin Şuranın qəbul edəcəyi qərarla istifadəsinin məcburi olacağını açıqlayıb.

Nazirlik xəstəxanalarda, sağlamlıq mərkəzlərində və apteklərdə maskalardan istifadənin məcburi olaraq davam edəcəyini, qocalar evlərində isə maskanın taxılmasının yalnız tibb bacılarının müdaxiləsi və ya xaricdən gələnlərin olması halında məcburi olacağını açıqlayıb.

Rəsmi məlumatlara görə, İspaniyada COVID-19 epidemiyası başlayandan bəri təxminən 14 milyon yoluxma halı aşkar edilib, 118 min insan isə dünyasını dəyişib.