İspaniyanın Barselona şəhərində Ukrayna konsulluğuna ünvanlanmış yeni şübhəli zərf ələ keçirilib.
Bu barədə “InSpain.news” xəbər verir.
Şübhəli zərf haqqında məlumat İspaniyanın “Correos” poçt xidmətindən daxil olub. Zərf yoxlanıldıqdan sonra onun içərisində partlayıcı əşyaların olmadığı məlum olub.
Polis faktla bağlı araşdırmaya başlayıb, lakin zərfin içindəkilər barədə ətraflı məlumat verməyib. Digər mənbələr orada heyvan qalıqlarının tapıldığını ehtimal edir.