İspaniyada xəstəxanalar dolub: 800 minə yaxın pasiyent əməliyyat üçün növbə gözləyirbackend

İspaniyada xəstəxanalar dolub: 800 minə yaxın pasiyent əməliyyat üçün növbə gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya Səhiyyə Nazirliyi 2022-ci ilin dekabrına olan məlumata görə, ölkədə təxminən 800 min insanın əməliyyat üçün növbə gözlədiyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Nazirlik ölkədə cərrahiyyə növbələrinin artması ilə bağlı son məlumatları ictimaiyyətlə bölüşüb.

Müvafiq olaraq, 2022-ci ilin dekabr ayında bir il əvvələ görə 86 min 781 artımla əməliyyat olunmaq üçün xəstəxanalarda 793 min 521 nəfərin növbə gözlədiyi və bu, indiyə qədər açıqlanan ən yüksək rəqəm olduğu bildirilib.

Ölkədə əməliyyat üçün ortalama gözləmə müddətinin 122 gün olduğu bildirilib.

Xatırladaq ki, bu rəqəm 2021-ci ilin dekabrında 121, 2022-ci ilin iyununda isə 113 gün olub.

Mövcud vəziyyətdə xəstələrin yüzdə 22-nin əməliyyat üçün ən az 6 ay gözlədiyi paylaşıldı.

Ən çox gözlənilən əməliyyatların plastik cərrahiyyə (242 gün) və neyrocərrahiyyə (203 gün) olduğu və sıxlığın daha çox Kataloniya, Əndəlüs, Madrid və Valensiya bölgələrində müşahidə edildiyi bildirilib.

Digər tərəfdən, statistikaya görə, ölkədə hər min nəfərə düşən 85 xəstənin 56 faizinin mütəxəssis həkimə müraciət etmək üçün 60 gündən çox qəbul gözlədiyi bildirilib.

İspaniyanın 17 özünüidarəetmə hökumətinin bir çoxunda tez-tez tətil edən və ya nümayiş keçirən tibb işçiləri kadr çatışmazlığından və sıx iş saatlarından şikayətlənir, həmçinin maaşların artırılması tələbləri ilə çıxış edirlər.