“İsrail Azərbaycana heç bir ölkəyə satmadığı strateji silahları satır” – Politoloqbackend

“İsrail Azərbaycana heç bir ölkəyə satmadığı strateji silahları satır” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prinsip etibarilə Azərbaycanın belə bir qərar verməsində İranın son illərdə sərgilədiyi aqressiv anti-Azərbaycan siyasətinin böyük təsiri oldu”.

Bu sözləri prezident İlham Əliyevin Muxtar Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsinə dair imzaladığı sərəncamı şərh edən politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu təyinat olduqca stratejidir və rəsmi Bakının uzun illər İsrail və İran arasında qoruduğu balansın Təl-Əviv xeyrinə dəyişməsindən xəbər verir:

“Hələlik Azərbaycanın İsraildə səfirliyi olmasa da, ticarət və turizm nümayəndəliyi fəaliyyət göstərir. Mümkündür ki, ya ticarət və turizm nümayəndəliyi bu təyinat sonrası səfirlik kimi fəaliyyət göstərəcək, ya da Azərbaycan Prezidenti yeni səfirlik binasının açılışı üçün bu il İsrailə səfər edəcək. Azərbaycan müstəqil, suveren ölkədir və bütün ölkələr kimi istədiyi ölkədə səfirlik, konsulluq, diplomatik nümayəndəlik açmaq səlahiyyəti var. Bu, rəsmi Bakının verəcəyi qərardır və buna heç bir ölkə bu və ya başqa formada reaksiya bildirə bilməz. Prinsip etibarilə Azərbaycanın belə bir qərar verməsində İranın son illərdə sərgilədiyi aqressiv anti-Azərbaycan siyasətinin böyük təsiri oldu. Rəsmi Bakı müstəqilliyin ilk illərindən İsraildə səfirlik açmaq istəsə də, mehriban qoşuluq və geosiyasi səbəblərdən bunu etmirdi. Lakin İranın rəsmi Bakını dəfələrlə müxtəlif platfomalardan sətiraltı və birbaşa təhdid etməsi, Azərbaycan daxilində inanclı kəsim üzərindən daxili çaxnaşma yaratmaq kimi mehriban qoşuluq prinsiplərindən çox uzaq addımlar atmasına görə Azərbaycan da uzun illərdir sərgilədiyi balans siyasətini dəyişərək İsraildə səfirlik açmaq qərarına gəldi. Əlbəttə ki, bu, İranı narahat edir”.