İsrail ictimaiyyəti arasında baş nazir Benyamin Netanyahuya qarşı etirazlar davam edir. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Qəzzaya hücumlar zamanı yaralanan bəzi əsgərlər Təl-Əviv yaxınlığındakı Şeba Sağlamlıq Mərkəzini ziyarət edən Baş nazir Netanyahu ilə görüşməkdən imtina edib. İsrailin Kanal 13 televiziyasının xəbərinə görə, Netanyahu yaralanan əsgərlərlə görüşmək üçün reabilitasiya şöbəsini ziyarət etməyə gedib.
Yaralılardan bəziləri Netanyahu ilə görüşməkdən imtina edib.
Bunun üzərinə ordu nümayəndələri və baş nazirlik rəsmiləri Netanyahu ilə görüşməyə razılıq verən yaralıları departamentin ayrı və təcrid olunmuş hissəsində toplayıblar.
Netanyahu daha əvvəl Qəzza zolağının sərhədindəki hərbi bazaya səfəri zamanı bir əsgərin etirazına məruz qalmışdı.