İsrail karantin məhdudiyyətlərini ləğv etdibackend

İsrail karantin məhdudiyyətlərini ləğv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə koronavirusa yoluxmanın davamlı olaraq aşağı olması səbəbindən qapalı yerlərdə məcburi maskalar taxmaqdan başqa bütün karantin məhdudiyyətləri qaldırılıb.

Bu barədə gazeta.ru xəbər verib.

“Qalan bütün məhdudiyyətlər 1 iyun 2021-ci il tarixində bitdikdən sonra uzadılmadı. “Yaşıl keçid” zərurəti və “bənövşəyi standart” məhdudiyyətləri aradan qaldırılıb. Qapalı müəssisələrdə məcburi maska ​​taxma əmri, başqa cür qərar verilənə qədər qüvvədə qalacaq”, – deyə İsrail Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, “yaşıl keçid” – əvvəllər bir sıra sosial tədbirlərə və təşkilatlara qatılarkən tələb olunan peyvənd sənədi idi, “bənövşəyi standart” isə dövlət qurumları və müəssisələrin fəaliyyətini tənzimləyirdi.

 

 

İnterpress.az