İsrail Müdafiə Ordusunun daha bir hərbçisi Qəzza zolağında döyüşlərdə ölüb.
İnterpress.az “newsru.co.il”ə istinadən xəbər verir ki, 21 yaşlı baş gizir Miron Moşe Gerş Qəzza zolağının şimalındakı hərbi əməliyyatlarda həlak olub.
Bildirilib ki, ötən il oktyabrın 31-dən, Qəzza zolağında əməliyyatlar başlayandan İsrail Müdafiə Ordusunun 175 hərbçisi ölüb.
Oktyabrın 7-dən, HƏMAS hücum edəndən indiyədək 509 İsrail hərbçisi həlak olub.