İsrail Qəzzada yerləşən KİV-lərin binasını uçurdubackend

İsrail Qəzzada yerləşən KİV-lərin binasını uçurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrailin hava hücumu Qəzzada beynəlxalq medianın ofislərinin yerləşdiyi 15 mərtəbəli binanın çökməsinə səbəb olub.

 

Bu barədə “RİA Novosti” yerli mənbəsinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, hücumdan bir qədər əvvəl İsrail Qəzza zolağında yerləşən Əl-Cəzirə TV, “Associated Press” və digər beynəlxalq medianın ofislərinin yerləşdiyi binaya növbəti saatda hücum edəcəyi barədə xəbərdarlıq ünvanlayıb.

 

“İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərində “Associated Press” və Əl-Cəzirə kimi bir sıra beynəlxalq medianın yerləşdiyi “Əl-Cala” çoxmərtəbəli binasını tamamilə məhv edib”,- deyə məlumatda qeyd olunub.

 

Hələlik rəsmi qurumlar hadisə barədə açıqlama yaymayıb.

 

 

İnterpress.az