İsraildən GÖZLƏNİLMƏZ ADDIM: BMT-nin qətnaməsinin əleyhinə SƏS VERDİ – FOTObackend

İsraildən GÖZLƏNİLMƏZ ADDIM: BMT-nin qətnaməsinin əleyhinə SƏS VERDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail BMT-nin Rusiyanın Ukraynaya təcavüzünü pisləyən qətnaməsinin əleyhinə səs verib.

İnterpress.az xəbər verir ki, qətnamələrdən birini Ukrayna və onun tərəfdaşlarının nümayəndələri yazıb. Bu sənəddə Rusiya qoşunlarının Ukrayna ərazisindən dərhal çıxarılması tələb olunurdu.

İkinci sənədi ABŞ təqdim edib. Orada “Müharibə” “münaqişə” adlandırılıb və “rus qoşunlarının dərhal çıxarılması” çağırışı olmayıb.

BMT layihənin hazırlanmasında Ukraynanın da iştirak etdiyi qətnaməni dəstəkləyib. 93 ölkə “lehinə”, 18 ölkə “əleyhinə” səs verib, 65 ölkə bitərəf qalıb.
İsrail əleyhinə səs verib.

İlk dəfədir ki, İsrail Rusiyanın təcavüzünə qarşı BMT-də Ukraynanı dəstəkləmir.

Xuraman Etibarlı

İnterpress.az