İstehlaka yararsız 110 kq uşaq qidası məhv edildibackend

İstehlaka yararsız 110 kq uşaq qidası məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstehlaka yararsız və istifadə müddəti bitən 110 kq qida məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, müraciət “PN Azerbaijan” MMC-nin Agentliyindən olub.

Xatırladaq ki, məhv edilən qida məhsulu Kabrita adlı uşaq yeməyidir. Həmin məhsulun satışını həyata keçirən “PN Azerbaijan” MMC-nin ölkədəki ən iri aptek şəbəkələri ilə müqavilələri var.