İsti havada avtomobildə qalan altıaylıq körpə CAN VERDİbackend

İsti havada avtomobildə qalan altıaylıq körpə CAN VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kemerovoda altıaylıq körpə isti maşında boğularaq ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Rusiyanın Kemerovo vilayətində bədbəxt hadisə baş verib. İstintaqın məlumatına görə, iyulun 4-də Smolino kəndi yaxınlığında, Tom çayının sahilində dincələn ailə altıaylıq körpəni kəskin isti havada avtomobildə nəzarətsiz qoyub.

Bir müddət sonra avtomobildə qızı ilə birlikdə olan ana körpəni huşsuz vəziyyətdə aşkar edib.

Körpənin üzərində hər hansı zorakı ölüm əlamətləri aşkar edilməyib.

Hadisə ilə bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb, hazırda araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az