İstifadə etdiyimiz maskalar bizi həqiqətən qoruyur? – Həkimbackend

İstifadə etdiyimiz maskalar bizi həqiqətən qoruyur? – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus hissəciklərinin diametri 0.06-0.14 mikrondur, gündəlik istifadə edilən maskaların məsamələri isə bu ölçülərə nəzərən daha böyükdür. Belədə sual yaranır: maskalar bizi koronovirusdan həqiqətənmi qoruyur?

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, müxtəlif maskaların fərqli keçiricilik qabiliyyəti olur:

“Bəzi maskalar daha az, bəziləri isə daha çox keçiricilik qabiliyyətinə malikdir. Koronavirus isə öz ölçüsü ilə havadan maskaya qonmur. Bu virus insandan insana nəfəs yolları ilə, danışarkən, asqırıb-öskürərkən tüpürcək damcıları ilə keçir. Bu koronoviruslu damcıların ölçüləri isə maskadakı məsamələrdən qat-qat böyükdür. Yəni koronoviruslu damcıların həcmi qat-qat böyük olduğundan, maskaların məsamələrindən keçə bilmir”.

Həkimin sözlərinə görə, yalnız müəyyən müddətdən sonra maskalar islanır və yoluxuculuq qabiliyyəti artır. Buna görə də maskalar 2-3 saatdan bir dəyişdirilməlidir.

Daha etibarlı qorunmaq üçün iki maskadan üst-üstə istifadə edilməsinə gəlincə, A.Qeybulla deyib ki, düzgün istifadə edilmirsə, iki maskanın üst-üstə geyinilməsinin bir mənası yoxdur:

“Maskaları saatlarla cibdə, çənədə saxlayanda əlbəttə ki, maska yararsızlaşır. Maskadan düzgün istifadə edilsə, biri kifayətdir”.

İnterpress.az