İsveçin xarici işlər naziri Ann Linde Zaporojye Atom Elektrik Stansiyasındakı duruma münasibət bildirib.
O, bu barədə tviter səhifəsində yazıb.
“Biz dərin narahatlıq keçiririk. Ukrayna hakimiyyətinin AES-ə tam nəzarəti təmin edilməlidir. Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyi heç bir halda təhdid oluna bilməz”.
Qeyd edək ki, Rusiya ordusu AES-i atəşə tutmuşdu. Yanğın artıq söndürülüb.