İsveçrə NATO ilə birgə təlim planlarını müzakirə edirbackend

İsveçrə NATO ilə birgə təlim planlarını müzakirə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə NATO və Avropa İttifaqındakı tərəfdaşları ilə 2023-cü ildə kollektiv müdafiə sahəsində birgə təlimlərin keçirilməsi planlarını müzakirə edir.

Bunu müdafiə, əhalinin müdafiəsi və idman naziri Viola Amherd “Le Temps” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, mart ayında NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşdə əməkdaşlığın təşviqinə diqqət yetiriləcək.

“Biz bunu NATO və Aİ-dəki tərəfdaşlarımızla müzakirə edirik”, – o, kollektiv müdafiə təlimlərinin 2023-cü ilə planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı sualı cavablandırarkən deyib.