İsveçrə polisi ölkə paytaxtı Bern şəhərinin parlament və hökumət binalarının yerləşdiyi mərkəzi hissəsində bir kişinin şübhəli hərəkətləri ilə bağlı əməliyyat keçirib.
Bern polisinin tviterdəki səhifəsində bildirilib ki, həmin şəxs artıq saxlanılıb.
“Federal Meydanda avtomobilin görünməsi ilə əlaqədar təhlükəsizlik məqsədi ilə meydan, eləcə də ətraf küçələr, o cümlədən də ictimai nəqliyyat üçün hazırda bağlıdır”, – paylaşımda deyilir.
Hətta paytaxt sakinlərindən dövlət müəssisələrinin yerləşdiyi şəhər mərkəzinə getməmələri xahiş olunub.