İsveçrədə atışma səsləri: Polis xüsusi əməliyyata başladıbackend

İsveçrədə atışma səsləri: Polis xüsusi əməliyyata başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrənin Bil şəhərində atəş səslərinin eşidilməsi barədə məlumatlardan sonra polis tərəfindən xüsusi əməliyyat keçirilir.

Bu barədə “Blick” nəşri məlumat yayıb.

Hadisə şahidlərinin məlumatına görə, bölgədə ən azı beş atəş səsi eşidilib, həmçinin yerdə uzanmış iki nəfər görülüb.

Bern polisi xüsusi əməliyyat faktını təsdiqləyib.

“Lanqnaudakı hadisənin istintaqı ilə əlaqədar Bildə bir nəfər saxlanılıb. Bu zaman xidməti silahdan istifadə edilib”, – deyə polisdən bildirilib.

Qeyd edək ki, Lanqnauda ötən gün üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.

 

İnterpress.az