İtaliya işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmalı olduğunu dəstəkləyirbackend

İtaliya işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmalı olduğunu dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman BMT mövqeyini, yəni işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmalı olduğunu dəstəkləyib.

Azərbaycan XİN-dən verilən xəbərə görə, bunu İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano deyib.

“İtaliya həmişə ən müdrik, ən məntiqli və ən geniş yayılmış mövqeyi, yəni BMT-nin mövqeyini dəstəkləyib. Həmin ərazilərin 90-cı illərdə Ermənistan tərəfindən işğal edildiyini və Azərbaycana qaytarılmalı olduğunu bildirən bir çox qətnamələr var”, – deyə dövlət katibi bildirib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni icmasına münasibətdə isə M. Di Stefano qeyd edib: “Biz insan haqlarının qorunması, xristian icmalarının mühafizəsi baxımından həmin ərazidəki ermənilərin bütün hüquqlarına hörmət edilməsinin tərəfdarıyıq və mən bu xüsusda çox rahatam, çünki Azərbaycan çoxkonfessiyalı ölkədir. Bu barədə bizi dəfələrlə əmin ediblər”.

Münaqişənin nizamlanmasında Rusiyanın roluna münasibətdə İtaliya rəsmisi vurğulayıb ki, Rusiya Dağlıq Qarabağda böyük bir realpolitik nümayiş etdirib: “Çünki Ermənistanın həmişə bir növ Rusiyanın protektoratı olduğu doğrudur, lakin Rusiyanın Türkiyə ilə və bölgədəki enerji ilə əlaqəli iqtisadi münasibətlərinin olduğunu nəzərə alaraq, Azərbaycanın özü ilə də böyük bağlarının olduğu da həqiqətdir”.

 

İnterpress.az