İtaliyada 28 yaşlı Gürcüstan vətəndaşı saxlanılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, gürcü gənc evdə 90 yaşlı qadının yalnız olmasından istifadə edib və soyğunçuluq məqsədilə içəri girib.
Qadının evinə tanımadığı şəxsin girdiyini görən yaşlı qadının qonşuları hüquq-mühafizə orqanlarına xəbər veriblər.
Hadisə yerinə gələn İtaliya polisi 28 yaşlı gənci tutub.