Türkiyədə itkin düşdükdən 4 gün sonra meşədə tapılan qadın infarkt keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Belqrad meşəsində itdikdən 4 gün sonra tapılaraq xəstəxanaya aparılan Ece Gürelin səhər saatlarında infarkt keçirdiyi məlum olub.
Müalicə zamanı Gürelin ürəyi bir müddət dayansa da, həkimlərin müdaxiləsindən sonra o, həyata qayıdıb.
Bundan əlavə, itkin düşdüyü gün Gürelin də oruc tutduğu məlum olub.
Xuraman Etibarlı
İnterpress.az