İtkin düşmüş gənc döyülmüş halda tapıldı, işə DİN qarışdıbackend

İtkin düşmüş gənc döyülmüş halda tapıldı, işə DİN qarışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) Bakıda itkin düşmüş 16 yaşlı gəncin döyülmüş vəziyyətdə tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakt nəzarətə götürülüb.

“Hadisədən məlumatlıyıq. Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kimin tərəfindən döyülüb-xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaqdır”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, mətbuatda 16 yaşlı gəncin itkin düşdüyü, daha sonra döyülmüş vəziyyətdə tapılması ilə bağlı məlumatlar yayılıb.