Kadırov vurulan AZAL təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalda yazıb.
Kadırov ötən ilin dekabrında Qazaxıstanda Bakı-Qroznı reysi ilə uçarkən qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəlib.
“Fövqəladə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən stüardlar Zülfüqar Əsədov və Aydan Rəhimli “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatına təqdim ediliblər. Qroznıda təyyarə qəzası qurbanlarının xatirəsinə xatirə lövhəsi qoyulacaq”, – o yazıb.
Kadırov həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə, həlak olanların ailələrinə və yaxınlarına bir daha başsağlığı verib.
Xuraman Etibarlı
İnterpress.az